"Apple" istifadəçiləri, diqqət! - Şirkət əməkdaşları fotolarınızı oğurlayır

19:41 | 13.10.2016

"Apple" istifadəçiləri, diqqət! - Şirkət əməkdaşları fotolarınızı oğurlayır

Avstraliyanın Brisben şəhərindəki mağazaların birində "Apple” şirkətinin əməkdaşları müştərilərin telefonlarından şəxsi şəkillərini oğurlayıblar. 

"The Courier Mail” nəşrinin məlumatına görə, onlar həmçinin gizlincə alıcıların və qadın həmkarlarının şəkillərini çəkiblər. 

Nəşrin məlumatına görə, bu şəkillər sonradan Kainslend şəhərindəki digər mağazaların əməkdaşlarına şəkildə çəkilən qadınların fiqurlarının qiymətləndirilməsi üçün göndərilib.

İddia edilir ki, yaranmış qalmaqal səbəbindən kişi cinsindən olan 4 əməkdaş işdən çıxarılıb və vəziyyətin yumşaldılması üçün kadrlar üzrə xarici mütəxəssis cəlb olunub.

"Apple”dən isə bildiriblər ki, hazırda araşdırma aparılır və mağazanın bir neçə əməkdaşı əldə olunan məlumatlara əsasən işdən azad olunub. "The Guardian” yazır ki, şirkət ziyan görənlər arasında müştərilərin olduğu barədə məlumatları inkar edir. //ikt.lent.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM