“Apple” yeni cihaz hazırlayır

23:08 | 10.08.2016
“Apple” yeni cihaz hazırlayır

“Apple” yeni cihaz hazırlayır

"Apple” korporasiyası yeni bir cihazın işlənib hazırlanmasına başlayıb. Bu cihaz sahibinin müxtəlif biometrik göstəricilərini izləyib, qeydə alacaq.
 
İKT.lent.az-ın "Phone Arena”saytına istinadən verdiyi xəbərə görə, cihaz gələn il təqdim oluna bilər.
 
Layihə tam yenidir və "Apple Watch”a aidiyyəti yoxdur. Cihazın hazırlanması üçün son 2 il ərzində araşdırma gedib və indi "Apple” cihaz üçün müxtəlif detalların tədarükçüləri ("Foxconn”, "Zhen Ding”, TPK və s.) ilə danışıqlar aparır. Bu şirkətlərin detalları hazırlamağa razılıq verdiyi bildirilir. Mənbə söhbətin yeni fitnes-trekerdən getdiyini istisna etməyib. Bu cihaz smart-saatlardan ucuz olacaq və idmanla məşğul olmaq üçün istifadəçiyə geniş imkanlar yaradacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb