Aprel şəhidinin ailəsində xoş hadisə- FOTO

10:50 | 06.12.2017
Aprel şəhidinin ailəsində xoş hadisə- FOTO

Aprel şəhidinin ailəsində xoş hadisə- FOTO

Aprel şəhidi Nurlan Qasımovun ailəsində xoş bir hadisə baş verib. Bir müddət öncə şəhidin bacısı dünyaya gəlib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Modern.az-a aprel şəhidləri barədə silsilə yazılar yazan jurnalist Aida Eyvazlı məlumat verib.

"Dünən Şəmkir rayonunun deputatı Sona Əliyeva ilə birgə Tatarlı kəndinə, aprel şəhidi Nurlan Qasımovun evinə getdik. Və... bir xoş hadisə ilə qarşılaşdıq. Nurlan şəhid olandan sonra, 5 ay bundan əvvəl dünyaya gələn bacısı Fidan qarşıladı bizi”, - Aida Eyvazlı bildirib.

Qeyd edək ki, Nurlan Qasımov 1997-ci il mayın 6-da Şəmkir rayonunun Tatar kəndində anadan olub. 2016-cı ilin aprel ayında cəbhədəki şoddətli döyüşlərdə şəhid olub. Nurlan Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb