“Aprel şəhidi”nin doğum günüdür

10:25 | 10.10.2017
“Aprel şəhidi”nin doğum günüdür

“Aprel şəhidi”nin doğum günüdür

Bu gün 2016-cı ildə baş vermiş "Aprel döyüşləri”nin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Ruhin Qəhrəmanovun doğum günüdür.  

Modern.az-ın məlumatına görə, əslən Cəbrayıl rayonundan olan Ruhin Qəhrəmanov 1994-cü ilin 10 oktyabr günündə anadan olub.

Ruhin Qəhrəmanov 2016-cı il aprelin ilk günlərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki şiddətli döyüşlərdə  qəhrəmancasına şəhid olub.
Aprelin 4-ü isə Ruhin Qəhrəmanov Biləsuvardakı 2 saylı məcburi köçkün şəhərciyindəki məzarlıqda son mənzilə yola salınıb. 

Ruhin Qəhrəmanov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb