AQTA-nın 103 auditoru iyirmi dörd ölkədə ekspertiziya həyata keçirib - Qoşqar Təhməzli

10:26 | 18.04.2024
AQTA-nın 103 auditoru iyirmi dörd ölkədə ekspertiziya həyata keçirib - Qoşqar Təhməzli

AQTA-nın 103 auditoru iyirmi dörd ölkədə ekspertiziya həyata keçirib - Qoşqar Təhməzli

Qida Təhlükəsizliyi Agentliyinin 103 auditi dünyanın 24 ölkəsində 349 müəssisədə qiymətləndirmə aparıb. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. 
 
"İdxal olunan yüksək riskli məhsullar (ət,balıq,süd) üzdə AQTA tərəfindən ciddi nəzarət var. 24 ölkədə 349 müəssisədə bizim auditorlarımız qiymətləndirmə aparıb. Nəticədə onlar dövlət qeydiyyatına alınıb. Bu qitmətləndirmələr aparılandan sonra onların ölkəyə məhsul idxal edilməsinə imkan yaradılır. Məsələn, Almaniyada, Latviyada,Polşada,Türkiyədə,İranda və Hindistanda yüksək riskli məhsulalr ekspertiziyadan keçirilib", - sədr aprelin 18-də parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
 
 Sədr vurğulayıb ki, hazırda UNİSEF-lə un məmulatlarında dəmirlə zəngiləşdirilmiş unun satışa çıxarılması barəsində danışlıqlar aparılır. 
 

 AQTA sədri bildirib ki, Azərbaycanda qida ilə bağlı qəbul olunan qanun dünyanın beynəlxalq qida ekspetləri tərəfindən son 10 ilin ən tərəqqi qanunu kimi qiymətləndirilib. O söyləyib ki, hazırda dünyanın bir sıra ölkələri bu qanundan istifadə etməklə öz qanunlarına uyğunlaşdırmağa çalışır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM