Araz Ağalarov Moskvada sirk tikəcək

14:20 | 11.12.2013
Araz Ağalarov Moskvada sirk tikəcək

Araz Ağalarov Moskvada sirk tikəcək

Rusiyada yaşayan azərbaycanlı milyoner, “Crocus Group”un sahibi Araz Ağalarov özünə məxsus yeni “Vegas-2” ticarət mərkəzində sirk inşa edəcək. APA-nın xəbərinə görə, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb. “Crocus City”nin ərazisində inşa ediləcək sirk 2014-cü ilin yaz aylarında fəaliyyətə başlayacaq. Layihənin ümumi dəyəri 300 mln. ABŞ dolları qiymətləndirilir. “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov isə bildirib ki, yeni ticarət mərkəzinin ümumi sahəsi 250 min kv.m olacaq və buranı həftənin iş günləri 30-40 min, istirahət günləri isə 60-70 min nəfər ziyarət edəcək. Onun sözlərinə görə, ticarət mərkəzində sirkin inşa edilməsi buraya gələnlərin sayını daha da artıracaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb