Arda Turan "Barselona" ilə razılığa gəldi

13:01 | 08.06.2014
Arda Turan "Barselona" ilə razılığa gəldi

Arda Turan "Barselona" ilə razılığa gəldi

Arda Turan "Barselona" ilə ilkin razılığa gəlib. 

ANS PRESS-in məlumatına görə, türk ulduzun meneceri Ahmet Bulut kataloniyalılarla danışıqlara başlandığını təsdiqləyib. "Atletiko Madrid"də möhtəşəm bir mövsüm keçirən Arda "Barselona"nın transfer siyahısında ilk sırada yer alır. 

"Barselona" Ardanın transferi üçün 41 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Türk ulduzun yaxın müddətdə ispan klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Kataloniyalılar transferin gedişatını gizli saxlamağa çalışırlar. Belə ki, futbolçunun illik gəlirinin nə qədər olacağı və digər məsələr hələlik açıqlanmır.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti