Arda Turan: "Finala yüksələcəyimizə inanıram"

00:54 | 30.04.2014
Arda Turan: "Finala yüksələcəyimizə inanıram"

Arda Turan: "Finala yüksələcəyimizə inanıram"

"Finala yüksələrək xəyallarımızı gerçəyə çevirmək istəyirik. Sona qədər mübarizə aparacağıq. Çox maraqlı oyun olacaq.  Finala adımızı yazdıracağımıza inanıram".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun futbolçusu Arda Turan Çempionlar Liqasının yarımfinalında sabah baş tutacaq "Çelsi" ilə cavab qarşılaşması öncəsi deyib.

London klubunun baş məşqçisi Joze Mourinyo haqda müsbət fikirlər səsləndirən türk yarımmüdafiəçi Dieqo Simeonin də onlar üçün çox önəmli biri olduğunu  bildirib:

"Mourinyo və Simeone dünyanın taktiki cəhətdən iki güclü məşqçisidir. Matçda da taktiki mübarizə olacaq. Mourinyoya  böyük hörmətim var. Çox güclü məşqçidir. Ancaq biz də Simeone kimi yaxşı məşqçiyə sahibik".

Qeyd edək ki, bu komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb