Arda Turana böyük hörmətsizlik

18:21 | 21.06.2016
Arda Turana böyük hörmətsizlik

Arda Turana böyük hörmətsizlik

Türkiyə millisinin kapitanı Arda Turan azarkeşlərin növbəti etirazı ilə üzləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, onun son oyunlarından narazı qalan azarkeşlərin budəfəki etirazı fərqli olub.

"Avro-2016”nın D qrupunda İspaniyaya 0:3 hesablı məğlubiyyətdən sonra bir qrup fanat Ardanın Barselonadakı evini yumurta atəşinə tutub.

Qeyd edək ki, Türkiyə millisinin və kapitan Arda Turanın  "Avro-2016”dakı zəif çıxışı yerli mətbuat tərəfindən də kəskin tənqid olunur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM