ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 1,6 mlrd. manat artırılır

15:30 | 17.02.2016
ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 1,6 mlrd. manat artırılır

ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 1,6 mlrd. manat artırılır

 2016-cı ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərinin həcminin artırılması nəzərdə tutulur. 

"APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.
 
Sənəddə 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 mlrd. 615  mln. manatı və ya 45,3%-i ARDNF-dən transfertin payına düşəcək.
 
Xatırladaq ki, 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində ARDNF-dən transfertlərin həcmi 6 mlrd. manat nəzərdə tutulmuşdu.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM