ARDNŞ: ixtisarlar gözlənilmir

14:12 | 11.12.2014
ARDNŞ: ixtisarlar gözlənilmir

ARDNŞ: ixtisarlar gözlənilmir

Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) son zamanlar dünya bazarında neftin qiymətinin kəskin enməsi ilə bağlı şirkətdə ixtisarların olub-olmayacağına münasibət bildirib.

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, ARDNŞ-in ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, şirkət heç bir ixtisara əl atmaq niyyətində deyil: "ARDNŞ son zamanlar dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı heç bir ixtisar gözlənilmir”.

Xatırladaq ki, Böyük Britaniyanın neft-qaz nəhəngi olan BP-nin baş icraçı direktoru Bob Dadli yerli "Guardian” qəzetinə açıqlamasında bildirib ki, neftin kəskin ucuzlaşması ilə bağlı şirkət gələn il məcburi ixtisarlar edəcək. İxtisarlar şirkətin Azərbaycandakı nümayəndəliyini də əhatə edəcək. B. Dadlinin sözlərinə görə, şirkət ixtisarlara 1 mlrd. dollar xərcləyəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM