Argentinada Messiyə qadağa qoyuldu

09:01 | 11.09.2014
Argentinada Messiyə qadağa qoyuldu

Argentinada Messiyə qadağa qoyuldu

Argentinanın Rosario şəhərində maraqlı qadağa qoyulub.

ANN.Az xəbər verir ki, yerli hakimiyyət yeni doğulan uşaqlara Messi adının qoyulmasını qadağan edib.Belə ki, "Barselona" və Argentina millisinin ulduzu doğulduğu Rosarioda sözün əsl mənasında xalq qəhrəmanı hesab olunur. Bunun nəticəsi olaraq yeni doğulan uşaqların əksəriyyətinə Messi adı qoyulur. Vəziyyətin kritik həddə çatdığını görən hakimiyyət gələcəkdə qarışıqlıq yaranmaması üçün uşaqlara bu adın verilməsinə qadağa qoyub.Məlumata görə, Rosarioda son olaraq doğulan uşaq Messi Varela adlandırılıb. Bundan sonra hakimiyyət orqanları vəziyyətin fərqinə varıb. Xüsusən bu uşaqların məktəb yaşı çatdıqda ciddi qarışıqlıqların yaranacağı gözlənilir. Son Messinin atası Hektor Varela açıqlamasında bunları deyib: "Nə olursa-olsun, mən uşağıma dünyanın ən yaxşı futbolçusunun adını qoyduğum üçün fəxr edirəm".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb