Argentinadan Rövşən İrmatova qadağa

18:12 | 01.07.2014
Argentinadan Rövşən İrmatova qadağa

Argentinadan Rövşən İrmatova qadağa

Argentina Futbol Federasiyası (AFF) DÇ-2014-ün 1/8 finalında bu gün baş tutacaq İsveçrə ilə matçın hakimini dəyişdirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, FİFA əvvəlcə bu qarşılaşmanı özbəkistanlı referi Rövşən İrmatova həvalə edib.

AFF isə hələ DÇ-2010-ün 1/4 finalında Almaniyaya məğlub olduqları matçda oyunu məhz R.İrmatovun idarə etdiyini xatırladıb, onun bu dəfə İsveçrə ilə görüşdə baş hakim olmasını istəmədiyini bəyan edib və bununla bağlı FİFA-ya müraciət ünvanlayıb.

Argentinanın müraciətini qəbul edən dünyanın ali futbol qurumu R.İrmatovu isveçli hakim Jonas Eriksonla əvəzləyib.

Ancaq bu qərar da Argentinada birmənalı qarşılanmayıb. Keçmiş hakim Hektor Baldassi bildirib ki, Avropa komandası ilə matçda görüşü bir avropalı hakimin idarə etməsi düzgün deyil.

Qeyd edək ki, Argentina - İsveçrə oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb