Arsenalda böyük itkilər

20:05 | 27.11.2014
Arsenalda böyük itkilər

Arsenalda böyük itkilər

Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Borussiya"ya qalib gələn "Arsenal" klubunun daha iki futbolçusu sıradan çıxıb.

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arsen Venger açıqlamasında deyib. Fransız mütəxəssis "Borussiya" ilə görüşdə Mikel Arteta və Yaya Sanoqonun da zədələndiyini bildirib: "Zədələr bizim üçün problemdir. Çünki daha çox oyun keçiririk. Daha iki futbolçumuz sıradan çıxdı. Mikel Artetanın baldırında problemi var. Yaya Sanoqo da dizindən zədələndi".Qeyd edək ki, "Arsenal" - "Borussiya" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb