Baş nazir: "Azərbaycanın qeyri-neft sektoru ötən il 10% artıb"

16:05 | 15.03.2016
Baş nazir:

Baş nazir: "Azərbaycanın qeyri-neft sektoru ötən il 10% artıb"

 "Hesabat ilində iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) dəyəri 1,1% artıb. Qeyri-neft sektorunda artım 10% təşkil edib".
 
"Report" xəbər verir ki, bunu Azərbaycanın baş naziri Artur Rasi-zadə parlamentdə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Baş nazirin sözlərinə görə, əsas kapitala yönəldilən 16 mlrd. manat həcmində vəsaitin 55%-dən çoxu qeyri-neft sektorunun payına düşüb.

"Orta aylıq əmək haqqı 5%, əhalinin gəlirləri 5,8% artıb. İllik inflyasiya isə 4% səviyyəsində qeydə alınıb. Maliyyə və bank sektorundakı çətinliklərə baxmayaraq, hökumətin və Mərkəzi Bankın ötən ildə inflyasiyanı təkrəqəmli səviyyədə saxlanması təmin edilib", - deyə hökumət başçısı vurğulayıb.

A.Rasizadə qeyd edib ki, 2015-ci ildə dövlət büdcəsinin gəlirlərinin icra səviyyəsi bütün sosial öhdəlikləri, əsas dövlət proqramları, prioritet kəsb edən layihələrin maliyyələşməsini həyata keçirməyə imkan verib: "Əhalinin aztəminatlı təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. Əmək pensiyalarının orta aylıq artımı 2,4% təşkil edib".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb