“ASAN ödəniş” sistemindən daha bir yenilik

19:12 | 08.06.2016
“ASAN ödəniş” sistemindən daha bir yenilik

“ASAN ödəniş” sistemindən daha bir yenilik

İnzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişlərin həyata keçirilməsini  nəzərdə tutan www.asanpay.az portalı istifadəçi rahatlığı baxımından yenilənib. Belə ki, portala bir sıra yeni funksiyalar əlavə olunub. 
 
 
Dövlət Agentliyindən ANN.Az-a verilən məlumata görə, yeni funksiyalardan biri "ASAN ödəniş” portalı vasitəsilə vətəndaşın cari vaxta cəriməsinin olub - olmaması barədə çıxarışı əldə edə bilməsidir. Bunun üçün www.asanpay.az portalı üzərindən şəxsi kabinetdə "Çıxarışlar” bölməsinə daxil olmaq kifayətdir. 

"ASAN ödəniş” sisteminin istifadəçilərə yaratdığı digər imkanlardan biri də inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərarlara dair məlumatların vətəndaşlara ödənişsiz olaraq SMS vasitəsilə göndərilməsidir.  

Yeni qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinə əsasən İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar vətəndaşların  "ASAN ödəniş” portalı üzərindən şəxsi kabinetində yerləşdirilməyənədək vətəndaşdan ödəniş tələb edilə bilməz.  

Qeyd edək ki, vətəndaşlar ödənişlərini www.asanpay.az portalı üzərindən bank kartları ilə yanaşı, "ASAN ödəniş” terminalları vasitəsilə nağd formada da həyata keçirə bilərlər. Ödəniş terminalları hazırda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında, "SOCAR” yanacaqdoldurma məntəqələrində, cərimə meydançalarında, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv toplaşdığı digər ictimai yerlərdə quraşdırılıb. Terminallar şəbəkəsi gələcəkdə daha da genişləndiriləcəkdir.  (Daha ətraflı: www.asanpay.az ) 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb