"ASAN xidmət"ə 10 milyonuncu vətəndaş müraciəti - FOTOLAR

16:18 | 10.06.2016

"ASAN xidmət"ə 10 milyonuncu vətəndaş müraciəti - FOTOLAR

Ağdam rayonundan məcburi köçkün olan və hazırda Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan Arzu Əliyeva 5 saylı "ASAN xidmət” mərkəzinə müraciət edərək "ASAN xidmət” mərkəzlərindən yararlanan 10 000 000-cu vətəndaş olaraq qeydə alınıb. 

"ASAN xidmət”dən ANN.Az-a verilən məlumata görə, 14 yaşlı Arzu valideyni ilə birlikdə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Arzu Əliyeva 10 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb. Eyni zamanda, Arzunun istəyini nəzərə alaraq Azərbaycan Respublikasının əməkdar artisti Röya Ayxan tədbirdə iştirak edərək onu sevindirib.
 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM