“Asanlıqla təslim olmayacağıq”

17:24 | 15.07.2014
“Asanlıqla təslim olmayacağıq”

“Asanlıqla təslim olmayacağıq”

Bizim əsas məqsədimiz evdə sərfəli nəticə qazanmaqdı. Ən azından Bakıya növbəti mərhələ şanslarımızı saxlayaraq getməliyik”. 
ANN.Az “Apasport.az” saytına istinadən  xəbər verir ki, bu sözləri Maltanın “Valletta” klubunun baş məşqçisi Qilbert Acius deyib.
 Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la bu gün baş tutacaq oyundan danışan Acius bildirib ki, rəqibə ciddi problemlər yaradacaqlarına inanır: “Çox yaxşı hazırlaşmışıq. Düzdü, rəqibin heyətində daha güclü və keyfiyyətli futbolçular var. Amma öz oyunumuzu oynamağa çalışmalıyıq. İki komanda arasındakı fərq açıq-aşkardı. “Qarabağ”ın həm nəticələri, həm də oyunu bizdən üstündü. Rəqibin Avropa təcrübəsi var. Son mövsümdə Avropa Liqasında pley-offa qədər gəlib.  Həmçinin, özünəməxsus oyun tərzi var. Olduqca sürətli hücumlar təşkil edir. Cinah müdafiəçiləri həm irəlidə, həm də arxa xətdə komandaya kömək edir. Ən böyük üstünlükləri isə topu özlərində çox saxlamaqlarındadır. Yarımmüdafiə xəttində isə mükəmməl 4 braziliyalı futbolçuları var. Etiraf edim ki, daha çox əks-hücumlara bel bağlayacağıq. Asan təslim olmaq fikrində deyilik. Futbolçularımı psixoloji cəhətdən də yaxşı hazırlamışam. Onların bunun qarşılığını verəcəyinə inanıram”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM