ASSİTEJ-Azərbaycan Milli Mərkəzi dünya mətbuatında - FOTOLAR

19:31 | 10.05.2016
ASSİTEJ-Azərbaycan Milli Mərkəzi dünya mətbuatında - FOTOLAR

ASSİTEJ-Azərbaycan Milli Mərkəzi dünya mətbuatında - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Beynəlxalq ASSİTEJ-in may ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb.
 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının may ayında həyata keçirdiyi layihələr və beynəlxalq teatr festivallarında iştirak etməsi barədə məlumatlar ASSİTEJ-in xəbərlər kitabında çap olunub.
 
Belə məlumatlar ASSİTEJ-in üzvü olan dünyanın 108 aparıcı ölkələrinə yayılır.
 
Məlumat üçün bildiririk ki, Dövlət Gənc Tamaşaçılar Teatrı may ayının əvvəllərində Türkiyə Cumhuriyyətinin Trabzon şəhərində keçirilmiş XVII Qara dəniz ölkələri Beynəlxalq Teatr Festivalında M.Vişnekin "Qoca kloun” tamaşası ilə uğurla iştirak edib, may ayının 21-29-dək Moskva vilayətinin Lobnya şəhərində keçiriləcək "Rus klassikası” Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun "Dəlinin qeydləri” mono-tamaşası ilə, may ayının 28-dən – iyun ayının 2-dək Birləşmiş Krallığın paytaxtı London şəhərində keçiriləcək qastrol səfərində dahi dramaturq M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan”, may ayının 27-dən – iyun ayının 2-dək Rusiya Federasiyası Orenburq vilayətində baş tutacaq "Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalında L.Nurenin "Mən gəldim qızlar” ("Müharibə”) tamaşaları ilə çıxış edəcək.
 
Elektron formatda yer alan materialı diqqətinizə təqdim edirik:


National Centers
 
ASSITEJ Azerbaijan
 
ASSITEJ Azerbaijan will take part in four international theater festivals this year
 
The first festival will be in Trabzon city of Turkey on 2-15th of May.

The next festival will be held on May 21-29, in the Lobnya, Moscow region. We would like to point out that the main purpose of the festival, which has been conducted since 1995, is to enhance the interest of a young audience to rich heritage of classical Russian literature, music and choreography, including the Russian theater art, and use new theater methods in the way of children's upbringing and development.

The third festival which is called "Seating Yard” will be held from May 27 until June 2. A number of theater groups from different countries will participate during the festival which will be held on the eve of the 160 year anniversary of the Orenburg State Drama Theatre named after M. Gorky. The main mission of the festival is to restore and strengthen cooperation in international and regional theaters.

The fourth and last festival will be held in the UK. The invitation was given by UMUD LTD Company.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb