Astanada MDB dövlət başçılarının sammiti baş tutacaq

11:42 | 15.10.2015
Astanada MDB dövlət başçılarının sammiti baş tutacaq

Astanada MDB dövlət başçılarının sammiti baş tutacaq

Tərəflər aktual problemlər üzrə fikir mübadiləsi aparacaqlar.

Oxu.Az xəbər verir ki, MDB dövlət başçılarının sammiti bu ilin oktyabr ayının 16-da Astanada baş tutacaq.  

Bu gün - oktyabrın 15-də Qazaxıstanın sədrliyi altında xarici işlər nazirlərinin iclası baş tutacaq.

Tədbirin gündəmində Birliyin əsas fəaliyyət istiqamətlərinə toxunan 22 məsələ yer alıb. Xarici işlər nazirlərinin rəhbərləri çoxplanlı əməkdaşlığın gələcəkdə inkişafını və MDB çərçivəsində xarici siyasət koordinasiyasının dərinləşdirilməsi problematikasını müzakirə edəcək, aktual regional və beynəlxalq problemlər üzrə fikir mübadiləsi aparacaqlar.

Bundan başqa, nazirlər humanitar və hüquq-mühafizə sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənmiş qərarların layihələrini nəzərdən keçirəcəklər. Xarici işlər nazirlərinə MDB iştirakçı dövlətlərin 2020-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının və MDB hökumət rəhbərlərinin Şurasının MDB iştirakçı dövlətlərin hava-əleyhinə müdafiə problemlərinin tədqiqatı sahəsində bazanın yaradılmasına dair 2012-ci il 30 may tarixli qərarına dəyişikliklərin edilməsinə dair təklifinin layihəsi təqdim ediləcək.

İclasın gedişatında təbii və texnogen xarakterli fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, eləcə də ekoloji monitorinq sahəsində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri mühüm yer tutacaq.

İclasın yekunlarına görə, təsdiqlənmiş sənədlər MDB Dövlət rəhbərləri Şurasının və Hökumət rəhbərlərinin Şurasına təsdiq üçün təqdim ediləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM