“Atabank”ın əmlakı hərraca çıxarılır

16:26 | 06.02.2024
“Atabank”ın əmlakı hərraca çıxarılır

“Atabank”ın əmlakı hərraca çıxarılır

Fevralın 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atabank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək. Bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 53 (Yeni qaydalara Vunqtau küçəsi, 6B) ünvanında yerləşən dəyəri 190 min manat olan qeyri-yaşayış sahəsindən gedir.

"Atabank"ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə ləğv edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM