AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunların NƏTİCƏLƏRİ

08:51 | 14.10.2014
AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunların NƏTİCƏLƏRİ

AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunların NƏTİCƏLƏRİ

İAVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar baş tutub.

Apasport.az saytının məlumatına görə, milli komandamızın səfərdə Xorvatiya yığması ilə oynadığı gün rəqibləri də meydana çıxıb.

Berti Foqtsun yetirmələrini Palermoda məğlub edən (2:1) İtaliya bu dəfə Malta ilə üz-üzə gəlib. “Skuadra Adzurra” rəqibini minimal hesabla üstələyib. Norveç isə qrupda ikinci qələbəsini qazanıb. Dogma publika önündə Bolqarıstanı sınağa çəkən norveçlilər görüşdən 2:1 hesablı qalib ayrılıb.Мillimizin qrupu ilə yanaşı, A və B qrupunun komandaları da mübarizə aparıb. İki oyundu uduzan Türkiyə yığması bu dəfə Latviyanı sınağa çəkib. “Ay-ulduzlular” yenə qələbəyə həsrət qalıb. Baş məşqçi Fatih Tərimin yetirmələri meydandan 1:1 hesablı sülhlə ayrılıb. Qazaxıstan Çexiyaya uduzub – 2:4. İslandiya isə Hollandiyaya 2:0 hesabı ilə qalib gəlib.Qeyd edək ki, Azərbaycan millisi səfərdə Xorvatiyaya 0:6 hesabı ilə uduzub.AVRO-2016-nın seçmə mərhələsiH qrupu13 oktyabrMalta - İtaliya - 0:1Qol: Pelle, 23 Norveç - Bolqarıstan - 2:1Qollar: Elyounoussi, 13, Nielsen, 77 - Bodurov, 43 A qrupuQazaxıstan - Çexiya - 2:4Qollar: Loqvinenko, 84; 90+1 - Doskal, 13, Lafata, 44, Kreyci, 56, Necid İslandiya - Hollandiya - 2:0Qollar: Siqurdsson, 10-pen; 42 Latviya – Türkiyə - 1:1Sabala, 54-pen - Kisa, 47 B qrupuAndorra - İsrail - 1:4Qollar: Lima, 15-pen - Damari, 3; 41; 82, Hemed, 90+6 Bosniya və Herseqovina - Belçika - 1:1Qollar: Dzeko, 28 - Nainqqolan, 51 Uels – Kipr - 2:1Qollar: Kotterill, 13, Robson-Kanu, 23 - Laban, 36ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti