“Avro-2016”da rəzalət! - VİDEO

14:40 | 15.06.2016
“Avro-2016”da rəzalət! - VİDEO

“Avro-2016”da rəzalət! - VİDEO

Fransada keçirilən Avropa çempionatında ruslarla dava edən ingilis azarkeşlər daha bir qalmaqallı addım atıblar. 

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Parisdə bir qrup ingilis azarkeş uelsli futbol fanatlarıyla birgə miqrant uşaqları ələ salan hərəkət ediblər. Spirtli içki qəbul etdiyi bildirilən həmin azarkeşlər uşaqlara metal əşya atıblar, sonra uşaqları təqlid ediblər, sonra da onlara gülüblər. 

Qeyd edək ki, bu il mart ayında Çempionlar Liqasının "Atletiko” – PSV oyunundan əvvəl də bənzər hadisə baş vermişdi. Holland azarkeşlərin miqrantları ələ salması böyük qalmaqal yaratmış, nəticədə UEFA bununla bağlı iş açmışdı. Ən sonda isə miqrantları ələ salan azarkeşlərin stadiona girişinə qadağa qoyulmuşdu. 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb