Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər açıqlanacaq

10:05 | 19.09.2014
Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər açıqlanacaq

Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər açıqlanacaq

Sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.ANN.Az AFFA-ya istinadən xəbər verir ki, iclasda Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşəcək. Qalib şəhərlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə elan olunacaq. Tədbirdə Azərbaycanı adları aşağıda göstərilmiş şəxslərdən ibarət nümayəndə heyəti təmsil edəcək: 1. Rövnəq Abdullayev - AFFA-nın prezidenti2. Elşad Nəsirov - AFFA-nın vitse-prezidenti3. İskəndər Cavadov - Futbol veteranı, AFFA-nın İcraiyyə Komitəsinin üzvü4. İqor Ponomaryov - Futbol veteranı, 1988-ci il Olimpiya çempionu5. Muxtar Babayev - AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin sədri, Milli Məclisin deputatı6. Elxan Məmmədov - AFFA-nın baş katibi, Baku-2020 İşçi Qrupun sədri7. Berti Foqts - Azərbaycan milli komandasının baş məşqçisi8. Zaur Qəhrəmanov - AFFA-nın baş sponsoru olan SOCAR-ın nümayəndəsi9. Könul Mehtiyeva - AFFA-nın Beynəlxalq Əlaqələr Departmenti, Baku-2020 sifariş komitəsinin koordinatoru10. Əminə Heydərova - 19 qızlar yığmasının üzvü (FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin iştirakçısı)11. Nigar Cəlilli - 19 qızlar yığmasının üzvü (FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin iştirakçısı)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb