Avropa Bankı TAP layihəsi üçün kredit ayırır

18:04 | 13.05.2016
Avropa Bankı TAP layihəsi üçün kredit ayırır

Avropa Bankı TAP layihəsi üçün kredit ayırır

Avropa Yenidənqurma və İnkişaf Bankı Trans-Adriatik qaz kəməri (TAP) üçün 1,5 milyard avro (təxminən 1,7 milyard dollar -red.) məbləğində vəsaitin maliyyələşdirilməsini nəzərdən keçirir.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının energetika üzrə icraçı direktoru Rikkardo Puliti bildirib. 

"Biz öz vəsaitlərimiz hesabına TAP layihəsinə 500 milyon avro ayırmağı planlaşdırırıq. Bununla yanaşı, başqa banklarla 1 milyard avro məbləğində sindikatlaşdırılmış kreditlə bağlı razılıq əldə etmək niyyətindəyik”, - deyə icraçı direktor qeyd edib. 

Onun sözlərinə görə, layihənin icrasına ümumilikdə 6 milyard avro (təxminən 6,8 milyard dollar) investisiya tələb olunur. 

Qeyd edək ki, TAP-ın icrasına mayın 17-də Yunanıstanda rəsmi start veriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb