Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları 6 ay uzadacaq

16:25 | 16.12.2015
Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları 6 ay uzadacaq

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları 6 ay uzadacaq


Avropa Birliyinin dekabrın 17-18-də Brüsseldə keçiriləcək sammitində Rusiyaya qarşı sanksiyalar uzadılacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, avropalı siyasətçilər məsələ ilə bağlı diskussiya aparmağı planlaşdırmır və Moskvanın Minsk razılaşmalarının tam icra etməyənə qədər həmin sanksiyaların qüvvədə olacağını bildirir.

"Sanksiyaların uzadılması ilə bağlı  Avropa İttifaqının 28 üzvü arasında konsensus var”, –anonim mənbə məlumat verib.

Ehtimal olunur ki, dekabrın 18-də liderlərin görüşü bitdikdən sonra sanksiyaların daha 6 ay müddətinə uzadılması barədə qərar açıqlanacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM