Avropa İttifaqı suriyalı qaçqınlara 30 avro verəcək - TÜRKİYƏDƏ

11:46 | 27.09.2016
Avropa İttifaqı suriyalı qaçqınlara 30 avro verəcək - TÜRKİYƏDƏ

Avropa İttifaqı suriyalı qaçqınlara 30 avro verəcək - TÜRKİYƏDƏ

Avropa İttifaqı Türkiyə ərazisindəki suriyalı qaçqınlara hər ay 30 avro pul verəcək

ANN.Az-ın "Die Welt"ə istinadən verdiyi məlumata görə, pullar oktyabr ayından etibarən bank kartlarına köçürüləcək.

Sözügedən proqramın reallaşdırılması ilə "Qızıl Aypara"nın Türkiyə filialı və Türkiyə hökumətinin dəstəyi ilə BMT-nin Beynəlxalq Qida Proqramı həyata keçirəcək.

Humanitar yardım üzrə avrokomissar Xristos Stilianidis bəyan edib ki, bu ödənişlər qaçqınları normal həyata qaytaracaq və böhrana cavab olacaq.

Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bildirib ki, Avropa İttifaqı miqrantlarla bağlı razılaşdırılmış 3 milyard dolları hələ də köçürməyib.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb