Avropa Liqası: “Hafnarfyordur” – “İnter” - 1:2 - VİDEO

10:00 | 17.07.2015
Avropa Liqası: “Hafnarfyordur” – “İnter” - 1:2 - VİDEO

Avropa Liqası: “Hafnarfyordur” – “İnter” - 1:2 - VİDEO

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi "İnter” səfərdə İslandiya klubu "Hafnarfyordur”un qonağı olub.
 
İlk mərhələdə Albaniyanın "Laçi” klubunu mübarizədən kənarlaşdıran bakılılar (1:1, 0:0) II təsnifat mərhələsində də eyni uğuru qazanmağa çalışır.
 
Hafnarfyordurun eyniadlı təmsilçisi Azərbaycan klubları üçün tanış rəqibdi. Belə ki, 10 il əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi” İslandiya klubunu hər iki matçda məğlub etmişdi – 2:0, 2:1.
 
İlk hissədə komandaların hücum səyləri nəticə vermədi və rəqiblər fasiləyə qolsuz bərabərliklə yollandılar. İkinci hissədə isə azarekşlər 3 qol izlədilər. Əvvəlcə ev sahibləri penalti zərbəsi ilə hesabı açdı. 54-cü dəqiqədə Kvekveskiri  Rauf Əliyevə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirdi. Bu epizodda rəqib qapıçı qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Təmsilçimizin qələbə qolu isə 61-ci dəqiqədə Dieqo Martinsdən gəldi.
 
Beləliklə, səfərdə qələbə qazanan "bankirlər" cavab qarşılaşması üçün böyük üstünlük qazandılar.
 
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
 
"Hafnarfyordur” (İslandiya) – "İnter” (Azərbaycan) - 1:2
Qollar: Qudnason, 39 (pen.) - Kvekveskiri, 54 (pen.), Dieqo Martins, 61

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM