Avropa Şurası Azərbaycanı AŞPA deputatlarına rüşvət verməsinı araşdırmağa başlayıb

08:38 | 31.05.2017
Avropa Şurası Azərbaycanı  AŞPA deputatlarına rüşvət verməsinı araşdırmağa başlayıb

Avropa Şurası Azərbaycanı AŞPA deputatlarına rüşvət verməsinı araşdırmağa başlayıb

Avropa Şurası Avropa Parlament Assambleyasının bəzi üzvlərinin Azərbaycan hakimiyyətinin sifarişlərini yerinə yetirməsi ilə bağlı araşdırmaya başlayıb.  Araşdırmanı hüquq müdafiəsi sahəsində ixtisaslaşan  3 hakim həyata keçirir. 


Bildirilir ki, Azərbaycan hakimiyyəti AŞPA-nın 2013-də ölkə ilə bağlı qəbul etdiyi qərara təsir edib.  O zaman assambleya  ölkədə insan haqlarının tapdalanması , siyası məhbusların olması barədə Kristof Ştrasserin  məruzəsini  rədd etmişdi. 


AŞPA şübhələnir ki, o zaman avropalı deputatlardan birinə Azərbaycan hakimiyyəti 2,5 milyon dollar rüşvət  verib və nəticədə məruzə keçməyib. 


Avropa Şurasının araşdırmasının nəticələri bu ilin sonunda açıqlanacaq.  Araşdırma zamanında həmçinin  AŞPA-nın fəaliyyətdə olan  məcəlləsinə dəyişiklik etmək də nəzərdə tutulub. 


Azərbaycan hakimiyyəti  ünvanına ypönəldilən bütün bu ittihamları rədd edir və iftira adlandırır.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb