Avropada rouminqə görə ödəniş ləğv olundu

14:01 | 15.06.2017
Avropada rouminqə görə ödəniş ləğv olundu

Avropada rouminqə görə ödəniş ləğv olundu

İyunun 15-dən etibarən Avropa İttifaqı ölkələrində mobil operatorlarının abunəçiləri üçün rouminq pulsuz olacaq.

Anews.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir.

"Avropa İttifaqı insanları birləşdirir və onların həyatını daha asan edir. Rouminqə görə ödənişin ləğv olunması Avropanın tarixi uğurudur”, - sənəddə bildirilir.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker rouminqə görə ödənişin ləğv edilməsini tarixi hadisə adlandırıb.

"Əlvida, rouminq! Sabah tarixi gündür!”, - Yunker öz Twitter səhifəsində yazıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti