Avropada yeni qalmaqal - Hitlerə sədaqət maaşı alanlar

21:00 | 21.02.2019
Avropada yeni qalmaqal - Hitlerə sədaqət maaşı alanlar

Avropada yeni qalmaqal - Hitlerə sədaqət maaşı alanlar

Ikinci dünya müharibəsi başa çatdıqdan 74 il sonra da Belçikada bir qrup insanın Almaniya hökumətindən nasist Almaniyası dövründə verilən Hitlərə sədaqət maaşı aldığı üzə çıxıb.

"Ölkə.Az” xəbər verir ki, Belçika mətbuatının xəbərinə əsasən, ölkədəki 27 belçikalı Nasist lideri Adolf Hitlerə sadiq olduğu üçün bu günə qədər də maaş alırlar. "De Morgen” qəzetindəki xəbərə əsasən, maaşlar 425-1275 avro arasında dəyişir. İddiaya görə, maaşı alan şəxslər alman dilində danışan və Almaniya ilə sərhəd xəttində yerləşən bölgədə yaşayırlar.

Almaniya hökuməti isə bu xəbəri yalanlayıb. Almaniyanın Əmək nazirliyindən verilən açıqlamaya əsasən, Belçikada yaşayan 18 nəfərə müharibə təzminatı çərçivəsində ödəmələr edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb