Avropaya getmək çətinləşir – TƏKLİF

17:43 | 14.09.2016
Avropaya getmək çətinləşir – TƏKLİF

Avropaya getmək çətinləşir – TƏKLİF

Avropa Komissiyası noyabr ayında Avropa Birliyinə gələnlər haqqında informasiya sisteminin yaradılması barədə təklif irəli sürəcək.
 
ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker söyləyib.
 
Onun sözlərinə görə, bu sistem sayəsində Birlik ölkələrinə gələnlər haqqında öncədən məlumat əldə ediləcək:
 
"Bu sistem kimin Avropaya gəlmək haqqının olduğunu müəyyən edəcək. Biz bunun sayəsində insanlar haqqında Avropaya gəlməzdən öncə məlumat alacağıq. Biz Avropa Polis Agentliyinin fəaliyyətini də gücləndirəcəyik”. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb