Avstriyadan türkiyəli nazirə qadağa

12:00 | 10.07.2017
Avstriyadan türkiyəli nazirə qadağa

Avstriyadan türkiyəli nazirə qadağa

Avstriya hökuməti Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin ölkə ərazisinə girişinə qadağa qoyub.

Bu barədə anews.az Reuters-ə istinadən xəbər verir.

"Təsdiqləyə bilərəm ki, XİN rəhbəri (Avstriyanın - red.) Kurts (Sebastyan - red.), həqiqətən də, Türkiyənin iqtisadiyyat nazirinin ölkəyə girişinə qadağa qoyub”, - deyə Avstriya XİN-in rəsmi nümayəndəsi ORF radiostansiyasına bildirib.

Onun sözlərinə əsasən, türkiyəli nazirin gəlişi "Avstriyanın ictimai asayişi və təhlükəsizliyi üçün təhdiddir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM