AYB-dən Moskva filialında baş verənlərə RƏSMİ MÜNASİBƏT

12:27 | 20.02.2015
AYB-dən Moskva filialında baş verənlərə RƏSMİ MÜNASİBƏT

AYB-dən Moskva filialında baş verənlərə RƏSMİ MÜNASİBƏT

Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsində baş verənlərə rəsmi münasibət bildirib.

 Qeyd edək ki, bir müddət öncə AYB-in  Moskva bölmə nümayəndələrinin bir neçəsi Modern.az saytına göndərdikləri məktubda filialın fəaliyyətinə toxunmaqla yanaşı, bəzi iradlarını da çatdırıblar. Bu iradlar artıq çoxdan baş tutan qurultaydakı nümayəndə sayı və filial rəhbəri professor Tofiq Məliklidən olan şikayətlərdən ibarət idi.   

Moskva nümayəndələrindən  bir neçəsi Tofiq Məkilinin bölməyə laqeydliyini, onun daha çox Bakıda olmasını və digər məsələləri əsas şikayət faktı kimi hallandırırdılar.

AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza məsələ ilə əlaqədar Modern.az-a verdiyi açıqlamasında ədəbi qurumun rəsmi münasibətini səsləndirib: "Yazıçılar Birliyinin Moskva bölməsinin üzvlərindən bizə gələn məktubda bildirilirdi ki, bölmə toplantı keçirməyi düşünür və bu toplantı üçün AYB-dən nümayəndənin iştirak etməsini istəyir. Biz də onlara konkret tarix və başqa məsələlərlə bağlı suallar ünvanladıq. Nə zaman və kimin nümayəndə göndərilməsi isə artıq sonra məlum olacaq. Ümumiyyətlə, elə bir ciddi narazılıq yoxdur. Moskva bölməsi həqiqətən də AYB-in ən işlək bölmələrindən biridir. Zaman-zaman dəyərli işlər də görüblər. Bəhanələri odur ki, Tofiq Məlikli tez-tez Bakıya gedib-gəlir. Təbii ki, bir bölmə sədri Bakıya gəlib-getməlidir. AYB-in ümumi qərarı bir müddət sonra katibliyin iclasında veriləcək”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb