Ayı ilə zarafatın axırı pis qurtardı (VİDEO)

19:01 | 06.12.2018
Nayfum Promrate adlı 36 yaşlı turist ayının yemək qapını ağacla irəli-geri çəkərək zarafat edərkən ayağı sürüşüb və qəfəsə düşüb. Bu zaman əsəbiləşmiş heyvan ona hücum çəkib.


Qaynarinfo xəbər verir ki, bədbəxt hadisə Tailandda baş verib. Zoopark işçiləri nə qədər cəhd etsələr də, onu ayının pəncəsindən ala bilməyiblər.


Ayı turisti sürüyərək, qəfəsinə götürüb. Ən sonda bir qadın qəfəsə girərək, ayını uzaqlaşdırmağı bacarıb.


Hadisə nəticəsində ağır yaralanmış şəxs xəstəxanaya çatdırılıb.




www.anews.az