AZAL-ın təyyarəsi zədələndi

15:42 | 28.05.2015
AZAL-ın təyyarəsi zədələndi

AZAL-ın təyyarəsi zədələndi

Bu gün Almaniyanın paytaxtı Berlinin hava limanında "Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarə zədələnib. ANN.Az-ın "Trend”ə istinadən yaydığı məlumata görə, söhbət Berlin-Bakı marşrutu üzrə AHY-064 reysini həyata keçirən "A-319" təyyarəsindən gedir. Aeroportun yerüstü xidmətləri tərəfindən xidməti texnikanın yerinin dəyişdirilməsi zamanı təyyarənin qanadının ucunun zədələndiyi bildirilir.

Hadisədən sonra reysin sərnişinləri Berlindən Bakıya İstanbuldan keçməklə yola salınıb. Zədələnmənin səbəbi AZAL-ın ekipajı cəlb edilməklə Berlin aeroportununun yerüstü xidmətləri tərəfindən araşdırılır. Təyyarənin bərpası və geri qaytarılması üzrə tədbirlər görülür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM