AZAL yay vaxtına keçidin ləğv olunması ilə əlaqədar növbəti dəfə sərnişinlərə müraciət edib
"Azərbaycan Hava Yolları" (AZAL) sərnişinlərə Azərbaycanda yay vaxtına keçidin ləğvi ilə əlaqədar olaraq dəyişikliklərin əks olunduğu yenilənmiş uçuş cədvəli barədə xatırladır.
QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, artıq AZAL-ın reysləri Bakıdan aşağıdakı qrafikə uyğun olaraq uçur:
Reysin nömrəsi |
İstiqamət |
Bakıdan uçuş |
J28217 |
Aktau |
20.00 |
J28003 |
Ankara |
09.10 |
J28025 |
Antalya |
10.10 |
J2063 |
Berlin |
07.00 |
J28011 |
Dubay |
09.00 |
J28103 |
İstanbul |
06.45 |
J28075 |
İstanbul |
08.45 |
J28079 |
İstanbul |
16.35 |
J28077 |
İstanbul |
19.15 |
J28683 |
Kiyev |
06.45 |
J28575 |
Kazan |
20.00 |
J2007 |
London (Ç.a.) |
17.30 |
J2007 |
London (C.a.,C.,Ş.,B.) |
18.05 |
J28051 |
Lvov |
17.40 |
J2035 |
Milan |
06.30 |
J28717 |
Mineralnıe Vodı |
16.00 |
J28701 |
Minsk |
07.40 |
J28852 |
Moskva |
09.40 |
J28107 |
Moskva |
15.05 |
J28854 |
Moskva |
19.00 |
J2101 |
Nyu-York |
05.00 |
J2073 |
Paris |
06.35 |
J2109 |
Praqa |
06.30 |
J2067 |
Pekin (Ç.a.) |
19.20 |
J2067 |
Pekin (B.) |
18.50 |
J28019 |
Sankt-Peterburq |
07.00 |
J28019 |
Sankt-Peterburq (C.) |
17.45 |
J28223 |
Tbilisi |
07.20 |
J28225 |
Tbilisi |
19.30 |
J2021 |
Təl-Əviv |
08.35 |
J28005 |
Tehran |
21.30 |
J28017 |
Tehran |
08.30 |
Xatırladaq ki, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, AZAL aviaşirkətinin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.
Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.
AZAL-ın bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyir.
Hər hansı bir sual yarandığı təqdirdə (+99412) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq, və ya [email protected] e-mailinə yazmaq xahiş olunur. Reyslərin gəliş və uçuş cədvəlini hava limanının fasiləsiz məlumat xidmətinə aşağıdakı telefon nömrəsi ilə zəng edərək müəyyənləşdirmək mümkündür: (+99412) 497-27-27
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !