AZAL Rusiyadan 10 ədəd sərnişin təyyarəsi alacaq

10:25 | 08.06.2016
AZAL Rusiyadan 10 ədəd sərnişin təyyarəsi alacaq

AZAL Rusiyadan 10 ədəd sərnişin təyyarəsi alacaq

Rusiyanın lizinq şirkəti "İlyuşin finans” ilə "Azərbaycan Hava Yolları” QSC (AZAL) arasında "МС-21” təyyarələrinin alınması ilə bağlı memorandum imzalanıb.
 
"APA-Economics”in "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, müqaviləni Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin və Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.
 
Bundan başqa, müqaviləni "İlyuşin Finans Ko” MMC-nin baş direktoru Aleksandr Rubçov və AZAL prezidenti Cahangir Əsgərov imzalayıb.
 
Qeyd edək ki, müqaviləyə görə, AZAL Rusiyadan 10 ədəd "МС-21” sərnişin təyyarəsi alacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb