AZAL təyyarələrində yeni elit xidmət sinfi tətbiq edəcək - Fotolar

23:01 | 09.07.2015
AZAL təyyarələrində yeni elit xidmət sinfi tətbiq edəcək - Fotolar

AZAL təyyarələrində yeni elit xidmət sinfi tətbiq edəcək - Fotolar

Sabahdan etibarən bir sıra reyslərdə sərnişinlər üçün yeni xidmət sinfi - "biznes-lüks” tətbiq ediləcək.

"Azərbaycan Hava Yolları”ndan (AZAL) "Report”a verilən məlumata görə, "Biznes-lüks” sinfi aviasiya xidməti sahəsində müasir texnologiyalar və nailiyyətlərin istifadəsi nəticəsində təyyarələrin bortunda daha yüksək xidmət standartlarını nəzərdə tutur. Yeni xidmət sinfini seçən sərnişinlər ənənəvi "biznes-klass” xidmətləri ilə yanaşı, əsas yemək, sərinləşdirici və spirtli içkilərin geniş seçim menyusu, xüsusi səyahət dəstləri, uzun məsafəli uçuşlarda pijama, uşaqlar üçün hədiyyələr nəzərdə tutulub.

İlk olaraq yeni xidmət sinfi ilə AZAL-ın Nyu-York, London və Pekinə uçuşlar həyata keçirən "Airbus 340" və "Boeing 787 Dreamliner" flaqman təyyarələrinin sərnişinləri tanış olacaqlar.
 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb