Azarkeş meydançaya çıxıb Ronaldonu öpdü VİDEO

21:47 | 27.03.2018
Azarkeş meydançaya çıxıb Ronaldonu öpdü – VİDEO

Azarkeş meydançaya çıxıb Ronaldonu öpdü VİDEO

Portuqaliya və Hollandiya komandaları arasında keçirilən yoldaşlıq görüşü zamanı maraqlı hadisə baş verib.

Anews.az-ın xəbərinə görə, oyun zamanı azarkeşlərdən biri meydançaya çıxaraq portuqaliyalı hücumçu Kriştiano Ronaldoya yaxınlaşıb və onu öpüb.

Sonradan azarkeşin Bosniya və Herseqovinada doğulan, hazırda İsveçrədə yaşayan və işləyən məşhur komik Samir Alikin olduğu məlum olub.

Portuqaliya-Hollandiya yoldaşlıq görüşü narıncıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hollandiyalıların heyətindən Memfis Depay, Rayan Babel və Vircil van Deyk fərqlənib.

Kriştiano Ronaldo matçın 68-ci dəqiqəsində əvəzlənib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb