“Azərbaycan 2020: Gələcəyə Baxış” mövzusunda debatlar başa çatdı

12:10 | 18.12.2014
“Azərbaycan 2020: Gələcəyə Baxış” mövzusunda  debatlar başa çatdı

“Azərbaycan 2020: Gələcəyə Baxış” mövzusunda debatlar başa çatdı

DVC ("Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycan 2020: Gələcəyə Baxış” İnkşaf Konsepsiyası ilə gəncləri yaxından tanış etmək və Konsepsiyaya daxil olan müxtəlif maddələrin ictimai müzakirəsini həyata keçirmək məqsədi ilə "Respublika Gənclər Debat Forumu Payız – 2014” çərçivəsində silsilə təlim və debatlara yekun verib.

Forum, 2014-cü ilin sentyabr-dekabr aylarını əhatə edib. Forum çərçivəsində müxtəlif formatlı tədbirlərdə 1000-dən artıq gənc iştirak edib. Bu tədbirlər sırasında təlimlər, seminarlar, dəyirmi masalar, yığıncaqlar, ictimai debatlar, debat turnirlərini qeyd etmək olar. Forum Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran iqtisadi zonalarını əhatə edib.

Forum çərçivəsində müzakirəyə qoyulmuş mövzular əsasən "Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının "İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması” bəndinin 7.2 ("Müasir təhsil sisteminin formalaşdırılması”) və 7.5 ("Gənclərin potensialının və idmanın inkişaf”) yarımbəndlərini əhatə edib. Xüsusən, ölkənin prioritetlərindən olan əhalinin, o cümlədən gənclərin məşğulluğunun təmin olunması müzakirələrdə vacib yer almışdır.

Təşkilatın Sədri Seymur Hüseynov, Forumun təşkilati komitəsi ilə iclasda Debat Forumların gənclərin tənqidi təfəkkürünün, yaradıcı və kreativ düşüncənin, eyni zamanda natiqlik bacarıqlarının formalaşdırılmasında böyük əhəmiyyətə malik olduğunu, Forumun gəncləri "Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası ilə yaxından tanış etdiyini bildirib.

Xatırladaq ki, "Respublika Gənclər Debat Forumu” DVC tərəfindən tərəfdaşları və regional nümayəndəlikləri ilə birlikdə davamlı olaraq həyata keçirilən ölkə səviyyəli gənclər tədbiridir. Hər il, Forum çərçivəsində Azərbaycanın iqtisadi rayonlarının ali və natamam ali təhsil müəssisələrində təhsil alan 5000-ə yaxın gənc təlimləndirilir, həyata keçirilən daxili və ya regional Debat Forumlarında iştirak edir. Qeyd edək ki, hal-hazırda respublika ərazisində DVC-nin 11 Debat Mərkəzi və 300-ə yaxın könüllüsü fəaliyyət göstərir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM