Azərbaycan 450 milyon dollar kredit ala bilər

11:05 | 30.03.2016
Azərbaycan 450 milyon dollar kredit ala bilər

Azərbaycan 450 milyon dollar kredit ala bilər

"Asiya İnkişaf Bankı layihəni nəzərdən keçirir”.

Asiya İnkişaf Bankı "Şahdəniz” təbii qaz yatağının işlənməsi üçün Azərbaycana 450 milyon dollar məbləğində kreditin verilməsini nəzərdən keçirir. 

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə bankda olan mənbə bildirib.

Qeyd edilir ki, Azərbaycanın iri qaz yatağı "Şahdəniz” BP, SOCAR və digər şirkətlər tərəfindən işlənilir. Yatağın ehtiyatları 1,2 milyon kubmetr qaz həcmində qiymətləndirilir.

Avropa qazın idxalını dversifikasiya etmək və Rusiya enerji resurslarından asılılığı azaltmaq üçün cəhdlərində diqqətini Azərbaycana yönəldir.

"Şahdəniz” layihəsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən dünya bazarlarına hər il 10 milyard kubmetr təbii qaz tədarük edilir.  

İkinci mərhələ çərçivəsində 2019-2020-ci illər ərzində ildə 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun 10 milyardı Avropaya, 6 milyardı isə Türkiyəyə tədarük ediləcək.  

"Asiya İnkişaf Bankı layihəni nəzərdən keçirməyə başlayıb, amma dəqiq təsdiq planı hələlik yoxdur. Bank layihənin maliyyələşdirmə imkanlarını 450 milyon dollar səviyyəsində dəyərləndirir”, - bankın məlumatında bildirilir.

"Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi 26 sualtı quyu, iki dəniz platforması, sualtı qaz kəməri və paytaxt Bakıya yaxınlıqda yerləşən Sanqaçal terminalının genişləndirilməsi, eləcə də Cənubi Qafqaz boru kəməri daxildir. Genişləndirmə layihəsi 28 milyard dollar məbləğində qiymətləndirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM