Azərbaycan Beynəlxalq Bankı daha bir
innovativ yeniliyi ilk dəfə ölkəmizə gətirib. Bankda "IBA Bot” adlı robot fəaliyyətə başlayıb.
Azərbaycan Beynəlxalq Bankının Bakı şəhəri
Nizami küçəsi – 67 ünvanındakı Müştəri Xidməti Departamentinə müraciət edən
müştəriləri bundan sonra "IBA Bot” qarşılayacaq. Onların suallarını
cavablandıracaq. Bank xidmət və məhsullarından istifadə zamanı müştərilərə istiqamət
verəcək.
Azərbaycan Beynəlxalq Bankının müştəriləri
"IBA Bot”un zəka və bacarıqlarına güvənə bilərlər. O, müştərilərlə çox asan və
rahat ünsiyyət qura bilir. Onların
simasını yadında saxlayır. Banka növbəti dəfə gələrkən müştəriləri adları ilə
tanıyır. "IBA Bot” bank xidmət və məhsulları haqqında yetərincə məlumatlıdır.
Müştərilər bütün suallarına ondan cavab ala bilərlər. Robot müştəriləri xidmət
üçün müvafiq bölmələrə istiqamətləndirmək bacarığına sahibdir.
Elektron növbə cihazı ilə inteqrasiyadan
sonra müştərilər öz növbə nömrələrini də birbaşa "IBA Bot”dan alacaqlar. Eyni
zamanda, robot gələcəkdə digər bank sistemlərinə də inteqrasiya edərək bəzi
xidmətləri göstərə biləcək.
Azərbaycan Beynəlxalq Bankının Filiallarla
iş departamentinin direktoru Emil Qədimov bildirib: "Xidmət ofislərində bu cür robotlardan istifadə, hazırda dünyanın bir
çox banklarının istifadə etdiyi praktikadır. Yenilikçi bank olaraq biz də bu təcrübəni
ilk dəfə ölkəmizə gətirdik. "IBA Bot” adlı yeni əməkdaşımızla ünsiyyət, onun köməyindən
istifadə müştərilərimiz üçün faydalı olacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !