Azərbaycan Pakistanla "THUNDER JF-17 Block 2” qırıcılarının alınması və çatdırılması haqqında müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, bu haqda "news.am” saytına danışan erməni hərbi eksperti Van Ambartsumyan deyib.
Ambartsumyan qeyd edib ki, Pakistan təyyarəsinin döyüş xarakteristikaları əsasən Türkiyə istehsalı və daha müasir olan ASELPOD elektro-optik hədəfləmə sistemləri ilə təchiz edilməsi nəticəsində yüksəlir.
Qeyd edək ki, təyyarələrin gövdəsinin altına taxılan ASELPOD-un ağırlığı 240 kiloqram uzunluğu 235, eni isə 43 santimetrdir. ASELPOD çəkdiyi görüntüləri pilotun və ya operatorun önündəki ekrana göndərir. Podun ön hissəsində yüksək keyfiyyətli üçüncü nəsil FLİR kamera, 3-5 mikron dalğada çalışan detektorlar yer alır.
ASELPOD ehtiyac yarandıqda lazer işıqlandırmasını da həyyata keçirir. Sistem eyni zamanda 8-ə qədər hədəfi təqib etməyi bacarır. Maksimum mənzili 55 km olan ASELPOD 25 km-də lazerlə hədəfi işarələyə bilir.
Ötən ay Ermənistanın müdafiə naziri David Tonoyan bildirib ki, İrəvan 2019-cu ilin sonu, 2020-ci ilin başlanğıcında 4 ədəd "Su-30SM” Rusiya qırıcısı almağı planlaşdırır. Erməni nazirin sözlərinə görə, İrəvan bu təyyarələrdən 12 ədəd almaq istəyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !