Azərbaycan bu ölkələrlə Yaşıl Kart sisteminə keçdi

12:07 | 01.01.2016
Azərbaycan bu ölkələrlə Yaşıl Kart sisteminə keçdi

Azərbaycan bu ölkələrlə Yaşıl Kart sisteminə keçdi

Azərbaycanda "Yaşıl Kart” sisteminin fəaliyyətə başlaması üçün İcbari Sığorta Bürosu (İSB) tərəfindən müvafiq təkrarsığorta proqramı və bank zəmanəti Bürolar Şurasına təqdim edilib və növbəti mərhələ olaraq sistemə üzv olan 46 ölkənin Yaşıl Kart büroları ilə İSB arasında sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli sazişlərin bağlanması prosesinə başlanılıb.
 
Bürodan "APA-Economics"in xəbərinə görə, hazırda Avropa İqtisadi Zonasına daxil olan ölkələrin 24-ü, ümumilikdə isə 36 ölkə həmin sazişləri imzalayaraq bir nüsxəsini İSB-yə, digərini isə Bürolar Şurasına göndərib. İcbari Sığorta Bürosu Azərbaycan Yaşıl Kartların rəsmiləşdirilməsi məqsədilə 3 (üç) formada blanklar hazırlayıblar. Birinci növ blanklar Yaşıl Kart sisteminə daxil olan bütün ölkələr, ikinci növ blanklar Türkiyə Respublikası və İran, üçüncü növ isə Rusiya, Ukrayna, Belarus və Moldova üçün nəzərdə tutulub.
 
Qonşu ölkələrdən İran və Türkiyə ilə Azərbaycan arasında ikitərəfli sazişlərin qüvvəyə minmə tarixi müəyyən olduğu üçün Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar 2016-cı ilin 1 yanvar tarixindən etibarən yalnız Türkiyə və İrana münasibətdə Azərbaycan Yaşıl Kartlarını rəsmiləşdirə biləcəklər.
 
İSB-nin Avropa İqtisadi Zonasına daxil olan ölkələrlə bağladığı sazişlərin qüvvəyə minmə tarixi isə Bürolar Şurasının qərarına əsasən 18 fevral 2016-cı il tarixdən sonra bildiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb