Azərbaycan bu qatarları alır - Fotolar

19:03 | 30.03.2015
Azərbaycan bu qatarları alır - Fotolar

Azərbaycan bu qatarları alır - Fotolar

Ural vaqon zavodu (UVZ) Azərbaycana öz məhsullarını göndərməyə başlayır.

ANS PRESS-in məlumatına görə, "Azərbaycan Dəmir yolları" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri UVZ-a baş çəkiblər. UVZ korporasiyasının baş direktoru Oleq Sienko ilə Azərbaycan nümayəndə heyəti müqavilənin detallarını müzakirə edib.

Görüş zamanı Azərbaycan dəmir yolları üçün yük vaqonlarının müxtəlif modellərinin çatdırılmasına dair müqavilədən danışılıb.

Müqaviləyə əsasən, zavod 600 vaqon sifarişi qəbul edib. Artıq iki həftə sonra sifariş olunan vaqonlar Azərbaycana göndəriləcək. Sözügedən qatarlar iki modeldə sifariş verilib. Baş direktor Azərbaycandan olan həmkarları üçün UVZ-da ekskursiya təşkil edib. Oleq Sienko vaqonların istehsalının bütün mərhələlərindən danışıb.

"Ural vaqon zavodunun məhsulları bizə çox maraqlıdır. Bizim üçün əhəmiyyətlidir ki, istehsalda innovasiya texnologiyaları tətbiq edilir. Biz istəyirik ki, gələcəkdə müəssisəylə dostluq və əməkdaşlıq əlaqələrimizi gücləndirək", - deyə Azərbaycan nümayəndə heyətinin rəhbəri Elton Məmmədov söyləyib.
Yeni vaqonlar şampan sındırılaraq qeyd edilib.

ANN.Az
 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb