Azərbaycan Cibutiyə humanitar yardım göndərdi

16:20 | 10.04.2017
Azərbaycan Cibutiyə humanitar yardım göndərdi

Azərbaycan Cibutiyə humanitar yardım göndərdi

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərib.

Trend-in məlumatına görə, aprelin 10-da Fövqəladə Hallar Nazirliyinin ayırdığı qida məhsulları ilə yüklənmiş təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından Cibutiyə yola düşüb.

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yola salınan humanitar yardımlar qənd, şəkər tozu, kiloqram çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel və içməli sudan ibarətdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM