Azərbaycan çempionatının ən səs-küylü transferi

15:59 | 14.05.2014
Azərbaycan çempionatının ən səs-küylü transferi

Azərbaycan çempionatının ən səs-küylü transferi

“Lokomotiv” mövsümün transfer bombasını partladıb. Apasport.az saytının məlumatına görə, transfer bazarının ən fəallarından olan “dəmiryolçular” bu dəfə ABŞ millisinin voleybolçusu Karli Lloydin keçidini həll ediblər.

 

Yeni mövsümdə “Lokomotiv”in uğurları üçün çalışacaq 25 yaşlı toppaylayıcının növbəti ildə də Bakı klubunda qalacağı istisna deyil.

 

178 sm boya malik amerikalı İtaliyanın “Konegliano” klubundan transfer olunub.

 

2011-ci ildən millisinin şərəfini qoruyan Karli daha öncə vətənində “Kaliforniya Berkeley” (2007-2010) və Apennin yarımadasında “Yamamay” (2011-2013) klublarının şərəfini qoruyub. O, Busto Arsizo təmsilçisi ilə İtaliya A seriyasının, kubokunun və Superkubokunun sahibi olub. Lloydin medal kolleksiyasında “Yamamay”la CEV kubokunun “qızıl”ı da var.

 

Millisinin heyətində Panamerika Oyunlarının çempionu (2012) və ikincisi (2011) adına da yiyələnib.

 

Bununla, “Lokomotiv”də rəsmi müqavilə bağlanan oyunçuların sayı 3-ə çatıb. Bakı klubu Lloyda qədər hollandiyalı Teon Buijsu baş məşqçi postuna gətirib, yığmamızın blokçusu Ayşən Abduləzimova və Yunanıstan millisinin hücumçusu Evangeliya Çantava ilə anlaşıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM