Azərbaycan ən ucuz ölkələrin reytinqində 9-cu sırada

12:57 | 16.06.2016
Azərbaycan ən ucuz ölkələrin reytinqində 9-cu sırada

Azərbaycan ən ucuz ölkələrin reytinqində 9-cu sırada

"Numbeo” portalı tərəfindən yaşayış və səyahət üçün dünyanın ən ucuz və bahalı ölkələrinin reytinqi hazırlanıb.
 
APA-nın "dixinews.kz” saytına istinadən verdiyi xəbərə görə, yaşayış imkanları ucuz ölkələr siyahısında Azərbaycan 9-cu yerdə qərarlaşaraq ən ucuz ölkələr onluğunda yer alıb.
 
Siyahıya əsasən yaşayış üçün ən ucuz həyat Hindistandadır. "Onluq"da yer alan digər ölkələr Moldova, Pakistan, Qazaxıstan, Nepal, Ukrayna, Gürcüstan, Əlcəzair, Kolumbiyadır.
 
Yaşayış və turizm üçün ən bahalı ölkələr siyahısında isə Bermud adaları, İsveçrə, Baham adaları, Norveç, İslandiya, Danimarka, Sinqapur, Lüksemburq, Küveyt, Honq Konq yer alır.
 
Qeyd edək ki, reytinqin hazırlanması zamanı 50 əmtəə və xidmətlərin - qidalanma, daşınmaz əmlakın icarəsi, restoranların orta qiyməti, taksilərin qiyməti, asudə vaxtın təşkili, kommunal xidmətlərin və mobil telefonların qiymətləri nəzərə alınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb