Azərbaycan əsgəri əsir götürülüb? – AÇIQLAMA

09:40 | 02.02.2017
Azərbaycan əsgəri əsir götürülüb? – AÇIQLAMA

Azərbaycan əsgəri əsir götürülüb? – AÇIQLAMA

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

ANN.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, silahlı qüvvələrin təmas xəttinin şimal istiqamətində, Talış kəndi yaxınlığında baş vermiş silahlı qarşıdurma nəticəsində Azərbaycan ordusunun əsgəri əsir düşüb.

Bu barədə news.am portalı xəbər yayıb. Məlumata əsasən, döyüş fevralın 1-i təxminən saat 15:00-da baş verib.

Ermənistan Müdafiə Nazirliyinin xəbərinə görə, əsir düşmüş əsgər 1995-ci ildə Bərdə rayonunda anadan olmuş sıravi Elnur Hüseynzadədir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM